Topaz Premyer Liqasının XIX turunda “Qarabağ” səfərdə AZAL-ın qonağı olub.
Korner.az-ın məlumatına görə, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov bunları deyib:
“Məğlub olmaq istəməzdik. Bugun qalib gəlməyi çox istəyirdik. Ancaq təəssüflər olsun ki, istədiyimiz alınmadı. 7-8 qol imkanımız oldu. Ümumən, komandanın oyunundan razı qaldım. Tərlan Əhmədovu da təbrik edirəm döyüşkən kollektiv yaradıb.
Xeyli qol imkanlarımız oldu. Hücumçuya ehtiyacımız var. Heyətdə 4-5 hücumçu da olsa yenə eyni problem ola bilər. Armenteros tam hazır deyildi, Reynaldo növbəti oyunlarda bizə kömək edə biləcək.
