Korner.az PFL-in rəsmi saytına istinadən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın VIII turunda qalib gəldikləri "Qəbələ" ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında söylədiyi fikirləri təqdim edir:
“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydançaya çıxmışdıq. Bunu reallaşdırdığımız üçün sevinirəm. Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər”
