Ölkə futbolu

Qurban Qurbanov: “Hər halda, xalımızın üstünə bir xal gəldi”

19.10.2019 , 20:16

Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ” – “Qarabağ” matçından (1:1) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Korner.az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib:

“Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda, xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. “Qəbələ” son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm”.

Son yazılar

Yuxarı