“Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL – “Qarabağ” matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov bildirib ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər. O, Danilo Diasın adının protokola daxil edilməməsinə də münasibət bildirib: “Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə belə addım atdıq. Çempionat digər oyunlarında bu dəyişiklikləri görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışından da razı qaldım”.
