“Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağı”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Xəzər Lənkəran”la bərabərə (1:1) qaldıqları matçdan sonra deyib.
O bildirib ki, futbolçularından ciddi narazılığı yoxdur:
“Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.
