“Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik. “Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.
Korner.az-ın məlumatına görə bu sözləri “Qarabağ” – “Qəbələ” matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.
Xatırladaq ki, oyun Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsiylə bitib.
