Qurban Qurbanov: “Futbol belə bir fərqli oyundu”
08.11.2019 , 01:01
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiprdə APOEL-ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundu. Həm Bakıdakı oyunda, həm də bu gün rəqibdən daha çox qol epizodu yaratsaq da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”.