Qurban Qurbanov FİFA sorğusunda kimə səs verib?
25.09.2018 , 10:02

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub. Ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Qurban Qurbanov və komandanın kapitanı Kamran Ağayevin seçimi belə olub:
Qurban Qurbanov
Ən yaxşı baş məşqçi: 1.Didye Deşam, 2.Zinəddin Zidan, 3.Xosep Qvardiola
Ən yaxşı oyunçu: 1.Antuan Qrizmann, 2.Luka Modriç, 3. Kriştiano Ronaldo
Kamran Ağayev
Ən yaxşı baş məşqçi: 1.Zinəddin Zidan, 2.Yurgen Klopp, 3.Xospe Qvardiola
Ən yaxşı oyunçu: 1.Kriştiano Ronaldo, 2.Məhəmməd Salah, 3.Lionel Messi
Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi Fransa millisinin çalışdırıcısı Didye Deşam, ilin ən yaxşı futbolçusu isə Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç seçilib.
