Ölkə futbolu

Qurban Qurbanov: “Fərqli oyun üslubu var idi”

02.12.2019 , 22:31

Azərbaycan Premyer Liqasında XIII turun “Sabah” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.

– Rəqibdə dəyişiklik hiss etdiz?
– Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. İstədiklərini tam göstərməyə vaxt lazımdı.

– Avropa Liqası oyunundan sonra komandada vəziyyət necədi?
– Normaldı. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.

Son yazılar

Yuxarı