Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında komandanın üzvü Ansi Aqolliyə Ermənistan üzərində qələbəyə görə mükafat vəd vermişdi.
Korner.az-ın məlumatına görə, baş məşqçi dünən Aqolliyə mükafatını təqdim edib.
Belə ki, Qurbanov bu qələbəyə görə müdafiəçiyə 2 min manat mükafat verib. Baş məşqçi söz verdiyi kimi, digər albaniyalı futbolçu Admir Telini də unutmayıb.
Qurban Qurbanov Bosniya və Herseqovina millisinə dəvət almış İbrahim Şehiçə də 500 manat dəyərində mükafat verib. Səbəb isə “Qarabağ”ın heyətindən milli komandaya dəvət almasıdır.
Qeyd edək ki, Ansi Aqolli Ermənistanla seçmə oyunda (2:1) 90 dəqiqə meydanda olmuşdu. İbrahim Şehiç isə Andorra ilə seçmə oyunda (3:0) ehtiyatda qalmışdı. O, dünən keçirilən Avstriya ilə yoldaşlıq oyununa qalmayaraq düşərgəni erkən tərk edərək Bakıya qayıdıb.
Mənbə: Sportal.az
