"Oyun haqda çox danışmağa gərək yoxdu".
Korner.az-ın məlumatına görə, bu sözləri Qarabnağ" klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən "Neftçi"-"Qarabağ" oyunundan sonra deyib.
"Futbolçularımdan ve azarkeşlərdən razı qaldım. Qarşıda 3 oyun var ve çalışacağıq ki, qələbə qazanaq. Qol vura bilməsək də, "Neftçi"nin müdafiəçilərinə problem yaratdıq. Əfran zəif oynadı, amma onu geri qaytardığıma peşman deyiləm. Bugünədək Əfran da daxil olmaqla bütün yerli futbolçulara sözümü demişem, yaxşı oynamaları üçün çalışıram. Amma her şey təkcə baş məşqçidən asılı deyil.Çempionluq şansımız 50 faizdən də aşağıdı. Məğlubiyyətin səbəbi oyunçuların müqayisəsindəki ustalıq fərqidi. Onlar qol vurdular, biz bacarmadıq. "
