“Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanov “Çelsi”nin düşərgəsinə yollanacaq.
Bu barədə o özü jurnalistlərə açıqlama verib.
Qurbanov təcrübəsini artırmaq üçün London klubunu seçdiyini deyib: “Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim”.
