Qurban Qurbanov: “Çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”
12.12.2018 , 23:33

Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda “Qarabağ” “Arsenal”ın qonağı olacaq. Londonda keçiriləcək oyundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb.
O bildirib ki, komanda yaxşı oyun göstərmək üçün əlindən gələni edəcək: “Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.
Xatırladaq ki, oyun sabah Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək
