Qurban Qurbanov: “Bu qədər qol olacağını düşünmürdük”
15.02.2020 , 17:34

Azərbaycan Premyer Liqasında XVII turun “Zirə” – “Qarabağ” (0:6) oyunundan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunu belə şəh edib:
“Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər. Matçın startından yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq”.
