Qurban Qurbanov: “Bu oyunu unudub Avropa Liqasına hazırlaşacağıq”
15.08.2018 , 00:03

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qarabağ” səfərdə BATE ilə 1:1 hesablı heç-heçə edib. İlk oyunda 0:1 hesabıyla uduzan Ağdam təmsilçisi mübarizəni dayandırıb.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:
– BATE-ni təbrik edirəm. Hər iki oyunda rəqibimiz nizamlı çıxış etdi. Buna baxmayaraq, biz də yaxşı idik. Mən yetirmələrimdən razı qaldım. Artıq bu oyunlar keçmişdə qaldı. Nə edə bilərik? Avropa Liqasına hazırlaşacağıq.
– Hakimlər mübahisəli qərarlar verdilər. Bu barədə nə deyə bilərsiz?
– Yenə deyirəm, bu oyun artıq keçmişdə qaldı. Mən hakimlər barədə danışmağı sevmirəm.
– BATE hər iki qolu müdafiəçilərinizin səhvindən vurdu…
– Qollar adətən səhvlərdən vurulur. Heyətdə yeni oyunçular var və buna görə də xəttlərarası anlaşmada problemlər yaşanır. Anlaşmamız lazımı səviyyədə deyil.
