Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” qışda heyətini gücləndirəcək.
Korner.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov rəhbərlikdən yeni futbolçuların alınmasını istəyib.
Ağdam klubu qışda 2-3 transfer edəcək. Yarımmüdafiə və hücum xətti ölkədə ən güclülərdən olan “Qarabağ”ın baş məşqçisi əsasən müdafiənin qeydinə qalacaq. Çünki komandanın arxa xəttinin çıxışı Qurbanovu razı salmır.
