big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

Qurban Qurbanov: “Bizim öz oyun üslubumuz var”

27.11.2019 , 22:17

Avropa Liqasının qrup mərhələsinin V turunda sabah İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib növbəti mərhələni təmin edib. Bizim üçün çox vacib oyundu. Ancaq ümumiyyətlə hər matç belədi. Daim çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdıraq. Ələlxüsus da böyük komandalara qarşı. Böyük komandaya qarşı oynayacağıq. Sona kimi mübarizə aparmağa çalışacağıq.

– Maksim Medvedevin durumu nə yerdədi?
– Yaxşıdı. Oynamaq ehtimalı çoxdu.

– İspaniyadan bir dəfə xalla qayıtmısız. “Atletiko” və “Sevilya” nə dərəcədə fərqlidi?
– İki il əvvəl uğurlu nəticə qazanmışdıq. Fərqli komandalardı. Güclü komandaya qarşı çıxış edəcəyik. Çox istərdik ii, ən azından 90 dəqiqə yaxşı mübarizə aparıb, uğurlu nəticə qazanaq.

– Rəqibin növbəti mərhələyə vəsiqəni təmin etməsi sizin üçün matçın asan olacağı anlamına gəlirmi?
– “Sevilya” tək-tük komandalardandı ki, belə şeylər haqqında düşünmür. Hər matçda qələbə qazanmağa çalışırlar. 90 dəqiqə pressinq edirlər. Bakıdakı oyunda bunu gördük. Bugünkü açıqlamalardan da görürəm ki, sabah daha çox hücum etmək istəyəcəklər. Mən də belə düşünürdüm. “Sevilya” daim dinamik futbol oynamağa çalışır. Onlardan bunu gözləyirik.

– Burdan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsüz?
– Bizim öz oyun üslubumuz var. İlk növbədə bundan əl çəkməməyə və istənilən rəqibə qarşı belə oynamağa çalışırıq. Ancaq bəzən durum fərqli olur. Çalışmalıyıq ki, “Sevilya”ya boşluq verməyək. Kreativ və sürətli futbolçuları var. Uğurlu nəticə istərdik. Bizim üçün vacib olan rəqibi düzgün dəyərləndirib, doğru oynamaqdı. Daha az səhv etməklə düşündüyümüzə nail ola bilərik.

– Bakıdakı oyunla müqayisədə taktiki cəhətdən hansı fərqlər olacaq?
– Rəqib istənilən komandaya qarşı dominantlıq etməyə çalışır. Nə qədər istəməsən də, məcbur olub müdafiədən oynayırsan. Çalışacağıq ki, rəqibə boşluqlar verməyək.

– Oyunqabağı sizi narahat edən nəsə varmı?
– Mahir, Dani sıraya qayıdıblar. Amma optimal formalarından uzaqdılar. Heyətdə dəyişikliklər ola bilər. İntizamlı oyun göstərməyə çalışacağıq. Bu gün məni narahat edən xüsusi bir şey yoxdu. Məni həmişə bəzi futbolçuların optimal formada olmaması narahat edib. Bəzən zədə, bəzən sıx qrafikə görə belə problemlə üzləşmişik. Belə rəqibə qarşı bütün heyətin optimal formada olmasını istərdim. Tam hazır olanları müydana buraxacağıq.

Son yazılar

To Top