"Rudar" çox düzgün müdafiə olundu. İlk oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Səfərdə daha çətin oyun ola bilər. Tam əksinə də ola bilər. Yaxşı qol epizodlarımız oldu. Bilirik ki, bizi səfərdə ciddi rəqib gözləyir".
Korner.az-ın məlumatıəna görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
Ağdam klubunun çalışdırıcısı daha sonra bunları deyib:
"Biz bu işin içindəyik. Bilirik ki, asan rəqib yoxdur. Həmişə məsuliyyətliyik. Təzyiq də normaldır. Biz heç nəyə fikir vermədən irəli baxırıq".
