“Hər iki komanda sona kimi mübarizə apardı. Komandalarda qələbə əzmi var idi".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən "Qarabağ" – "İnter" oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov bildirib ki, qələbə qazanmaq istəsələr də, 1 xalla da kifayətlənirlər: "Son dəqiqəyədək qələbə qazanmaq üçün çalışdıq. Lakin bizdə dəqiqlik çatmadı. Komandadan razı qaldım. Qələbə qazanmaq istəyirdik, amma bir xal da qənaətbəxşdi”.