Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-07-14&&dateTo=2019-07-15): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Çempionlar liqası

Qurban Qurbanov: “Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar”

26.07.2018 , 00:38

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Kukesi”yə qarşı səfərdə keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, cütün cavab görüşü avqusun 1-i, saat 21:00-da başlayacaq.

Son yazılar

Yuxarı