Bugün Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Dnepr" – "Qarabağ" oyunöncəsi mətbuat konfransı baş tutmuşdur.
Korner.az-ın "Qarabağ"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov və Namiq Yusifov "Dnepr"lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildiriblər.
Qurban Qurbanov: "Sabah bizi çətin oyun gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun sərgiləyir. Zədəli futbolçularımız olsada biz bunu düşünməli deyilik oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Kiyevə oyuna 1 qalmış gəlməyimizdə xüsusi bir səbəb axtarmaq lazım deyil, bu vəziyyətdən asılı olaraq dəyişir, normal haldır bu. Bilirik ki "Dnepr" də bu oyuna qələbə üçün çıxacaq amma biz də əlimizdən gələni edib baxımlı futbol sərgiləyərək Bakıya uğurlu nəticə ilə dönməyə çalışacağıq".
Namiq Yusifov: "Həqiqətən də rəqibimiz güclü oyun sərgiləyir,zənnimcə azarkeşlər sabah sürətli və baxımlı oyunun şahidi olacaqlar".
