“Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq”
Korner.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində qalib gəldikləri “Dnepr”lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis “Dnepr”lə Bakıdakı oyunun daha ağır keçəcəyini bildirib: “Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər”.
Qeyd edək ki, səfərdə “Dnepr”ə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” klubu qrup mərhələsində ilk qələbəsini qazanıb.
