Haqqında çox düşünüləcək, müzakirə aparılacaq oyun oldu.
Korner.az-ın məlumatına əsasən bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən “Bakı”- “Qarabağ” oyunundan sonra deyib.
“Səhvlərimiz oldu, hücumlar da etdik. İkinci hissədə nisbətən toparlandıq ve vacib 3 xal qazandıq. “Bakı” bizə yenə çətin anlar yaşatdı. Sonadək mübarizə apardılar”, deyə o bildirib.
