Topaz Premyer Liqasının 13-cü turunda AZAL klubu ilə qarşılaşan “Qarabağ” səfər oyununda xal itirib (1:1).
Korner.az sizə Qurban Qurbanovun oyunsonrası fikirlərini təqdim edir.
“Oyun ümumilikdə maraqlı keçdi. Meydanın hər yerində mübarizə gedirdi. AZAL bizim üçün çətin rəqibdir. Qol vurmaq şanslarımız oldu. AZAL belə oynasa bütün rəqiblərimizdən xala ala bilər. Hesab bərabərləşdikdən sonra rəqibin cərimə meydançasında olmağa çalışdıq. Komanda yaxşı oynadı, dincəlib, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxtımız var. Qara Qarayevi oyuna daxil etdim ki, topa daha çox nəzarət edək. Bu cür rəqiblə oyunda qol buraxmamağa çalışmalısan. Vaqif Sadıqov bizim oyunumuzu daha yaxşı araşdırıb, biz buna hazır olmalıyıq”.
