Topaz Premyer Liqasının VII turunda “Qarabağ” “Neftçi”nin qonağı olub.
Korner.az-ın məlumatına görə, rəqib qapısından 3 top keçirən ağdamlılar qapılarında cəmi 1 qol görüb. Derbidən qələbə ilə ayrılan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Həm qollarına, həm də oyuna görə. Futbolçularımdan razı qaldım. Sonadək intizamı qorudular. Riçardın zədəsi ağır deyil. Arif Əsədov bu nəticəyə görə üzülməməlidir. Ümid edirəm ki, oyun-oyuna artıracaqlar. İtaliyaya böyük istəklə gedirik. Əsas məqsəd layiqli oyun göstərməkdir.”
