big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Qurban Qurbanov: “Araz Abdullayev kimdənsə qorxan oğlan deyil”

17.12.2018 , 18:00

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mükafatını alıb.
Mükafatlandırma mərasimindən sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 46 yaşlı mütəxəssis öncə fikirlərini bölüşüb:
– Öncə təşəkkür edirəm ki, bu il məni seçmisiniz. Bu ada layiq görüləndən sonra məsuliyyət daha da artır. Daha çox çalışmalı və işlər görməliyik. Gələn il daha diqqətli olmalıyıq. Bir qədər də futbolumuza çox vaxt ayırmalıyıq. Çalışacağıq ki, işimizdə ildən-ilə irəliləyiş olsun və futbolumuz qabağa getsin. Bir daha hər birinizə minnətdaram.
– Bəs sizdə belə bir hüquq olsaydı, hansı məşqçiyə səs verərdiniz?
– Bu suala hazır deyiləm. Buna fikir bildirsəm, düzgün olmaz. Bu sizə aid olan məsələdi.
– Reynaldo rəsmi olaraq “Qarabağ”dadır?
– Hələ ki, tam yox. Bu gün Bakıdadır. Tibbi müayinədə keçəcək və sabah qəti qərar veriləcək.
– Reynaldo əyləncə həyatını sevən futbolçudur. Ona bununla bağlı şərtiniz olacaq?
– Son vaxtlar belə olmuşdu. Formasından da uzaq idi. Təbii ki, belə söhbətimiz olacaq. Əgər transfer rəsmiləşsə, müqaviləyə belə bir bənd qoyulacaq. Əgər belə bir şey olsa, çox ciddi tədbir görüləcək. Sabah görüşümüz olacaq və tam dəqiq müəyyələşdirəcəyik.
– Komandanı tərk edən futbolçular olacaq?
– Həmişə transfer dönəmində belə hallar gözlənilir. Ola bilər ki, bizim hansısa futbolçumuzla maraqlansılar və biz bunu bilməyək, ya da hansısa oyunçunun transferində anlaşmaya da bilərik. Belə hallar ola bilər. Həm gedən, həm də gələn ola bilər.
– Con Delarj “Qarabağ”da qalmaq istəmədiyini deyib. O, komandadan göndəriləcək?
– Açığı, onunla belə söhbətimiz olmayıb. Buna dəqiq cavab verə bilməyəcəm.
– Artıq futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Qurban Qurbanov bütün fikrini “Qarabağ”a yönəldəcək və qış fasiləsindən sonra çempionatda gərgin mübarizə izləyəcəyik. Başqa söz-söhbətə yola açmamaq üçün həm çempionluğu, həm də kuboku qazanmağa çalışacaqsınız?
– Gərgini mübarizə gördüyünü kimi gedir. Bizim həmişə məqsədimiz ildən-ilə yaxşı çıxış etmək olub. İlin sonunda nəticələrimiz tam bilinəcək. Mən həmişə turnirlərdə yaxşı çıxış etmək istədiyimiz demişəm. Azərbaycan Premyer Liqası və ölkə kubokunda mübarizəni davam edirik. Avropa Liqasında isə artıq dayanmışıq. Çalışacağıq ki, ən yaxşı göstəriciyə nail olaq.
– “Arsenal”la oyunda erməni təxribatı zamanı Araz Abdullayevin sakit dayanması geniş müzakirələrə səbəb oldu. Arazın bu addımına siz necə şərh verərdiniz? 
– Hər hansı futbolçu barədə danışmaq düzgün deyil. Çünki belə şeylər anidən baş verir. Onlar belə şeyə hazır deyil. Futbolçu buna reaksiya verməyib deyə üstünə getmək olmaz. Araz heç bəlkə də tanımayıb ki, əlindəki nədi, bu adam kimdi, nəçidi, meydana daxil olub. Bir onu bilirəm ki, bizim heç bir futbolçumuz, nəinki oyunçularımız, heç bir azərbaycanlı vuruşmaqda geri addım atmaz. 7-8 saniyəlik epizod yaşandı. Ola bilər ki, Araz görmədi. Araz Abdullayev kimdənsə qorxan oğlan deyil.
– Qardaşınız Musa Qurbanovun “Zirə”nin prezidenti olacağı ilə bağlı xəbərlər dolaşır.
–  Hamınızın bildiyimi ki, Musa Qurbanov “Zaqatala” klubundadır. Söz-söhbətləri mənə dedilər. Belə fikir yoxdur. Əgər nəsə olsa, bizə deyiləcək.
– Artı1 9-cu dəfədir ki, ən yaxşı baş məşqçi seçildiniz. Özünüz ölkə xaricində çalışmağı düşünürsünüz? Sizə belə təkliflər gəlib?
– 3-4 il əvvəl mənə belə sual verilmişdi. Mən belə fikir bildirdim ki, azərbaycanlı kimi, ölkə futboluna xidmət etmək istəyirəm. Düşünürəm ki, bu gün də buna ehtiyac var. Daha çox yerli məşqçilər futbolumuzda olmalıdır, onların nəinki futboluna, düşüncələrinə də nəzarət olmalıdır. Ciddi təklif olmayıb. Açığı, bunu düşünmürəm. Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm, bu düzgün olmaz, kluba hörmətsizlik etmək istəmirəm. Fikrim “Qarabağ”dadır. 11-ci ildir ki, klubda çalışıram. Həmişə komandaya sadiq olmaq istəmişəm, ayrılanda da sadiq olaraq, ayrılmaq istəyirəm. Daha yaxşı təklif var və böyük işlər görmək olar kimi fikirlərə düşmək haqsızlıq olardı.
– Qış fasiləsində planlar necə olacaq?
– İş gedir, amma hazır deyil. Yanvarın 6-dan 27-nə kimi Antalyada hazırlıq olacaq. Transferlərlə bağlı da işlər gedir.

Son yazılar

To Top