Qurban Qurbanov 6-cı dəfə bunu bacardı
06.05.2019 , 11:54

Qurban Qurbanov “Qarabağ” klubunun baş məşqçisi kimi 6-cı dəfə ölkə çempionu oldu.
Ümumilikdə 7 çempionluğu olan Ağdam təmsilçisi Qurbanovun rəhbərliyi ilə ardıcıl 6-cı dəfə Azərbaycan çempionatının qalibi olmağı bacardı. Qurbanovun ən yaxın izləyicisi 5 kubokla Ağasəlim Mircavadovdur. Sonrakı yerləri isə ardıcıl olaraq 3 dəfə Azərbaycan çempionatının qalibi olan Mehman Allahverdiyev, Kazbek Tuayev və Böyükağa Hacıyev tutur.
