Qurban Qurbanov – 49!
13.04.2021 , 12:45

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
Korner.az-ın məlumatına görə, “Qarabağ”la böyük uğurlara imza atan təcrübəli mütəxəssisin 49 yaşı tamam olur.
Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.
Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
İdmanxeber.az saytının kollektivi Qurban Qurbanovu təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!
