"Qarabağ"ın “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Qara Qarayevin vurduğu qol Qurbanovun Premyer Liqa oyunlarında sevindiyi 200-cü qol oldu. Korner.az– ın PFL-in saytına istinadən məlumatına görə , bu məhz baş məşqçi karyerasını başladığı “Neftçi” ilə oyuna təsadüf etdi.
Bu matç gənc çalışdırıcının ölkə çempionatlarında, eyni zamanda Ağdam təmsilçisinin də üst-üstə bütün yarışlarda 80-ci qələbəsi oldu.
III turun “Sumqayıt”la oyunu isə Qurbanovun baş məşqçi karyerasında 200-cü matç olacaq. İndiyədək çalışdırdığı “Neftçi” və “Qarabağ”ı daxili yarışlarda və qitə kuboklarında 199 görüşə çıxaran mütəxəssis yubiley oyununa çıxacaq.
Turnirin adı Komanda Say Oyun Q H M T-F X
Çempionat
“Neftçi” 2 28 19 4 5 54-19 61
“Qarabağ” 5 124 61 35 28 146-99 218
Cəmi 7 152 80 39 33 200-118 279
Kubok
“Neftçi” 2 8 5 2 1 19-5 17
“Qarabağ” 4 17 9 6 2 21-7 33
Cəmi 6 25 14 8 3 40-12 50
Avrokubok
“Neftçi” 1 2 1 0 1 3-4 3
“Qarabağ” 3 20 10 6 4 27-20 36
Cəmi 4 22 11 6 5 30-24 39
Cəmi
“Neftçi” 5 38 25 6 7 76-28 81
“Qarabağ” 12 161 80 47 34 194-126 287
Cəmi 17 199 105 53 41 270-154 368
