Vacib üç xal qazandıq, çox çətin oyun oldu.
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən "Neftçi"-"Qarabağ" oyunun şərh edərkən bildirib.
“Vacib üç xal qazandıq, çox çətin oyun oldu. “Neftçi” əla oynadı, sona kimi mübarizə apardı. Topla çox yaxşı davranırlar, buna görə bizə müəyyən çətinliklər yaratdılar. “Neftçi”nin əvvəlki oyunlarını izləmişdim, bu gün əmin oldum ki, çox yaxşı komandadır. Futbolçularım sona kimi mübarizə apardı, müdafiədə diqqətli oynadıq. Çempionat hər tur daha da maraqlı olur. Fikrimcə, altılıq komandaları son turda müəyyənləşəcək”.
