Futbol

“Qurban müəllimin belə cəzaları mənim yaxşılığım üçündü” – Elvin Yunuszadə

25.03.2018 , 08:45

Elvin Yunuszadə millinin Belarusla oyun günü səhər iclasına gecikdiyi üçün cəzalanıb. Baş məşqçi Qurban Qurbanov onu “Qarabağ”ın əsas heyətindən də kənarlaşdırıb. Yunuszadə prosesə belə münasibət bildirib: 

“Düzdü, dünən yatıb qalmışıq. Haqlı olaraq da Qurban müəllim bizi iştirak ərizəsinə salmayıb. Mən də buna hörmətlə yanaşıram. Qurban müəllimin belə cəzaları sırf mənim yaxşılığım üçündü. Nə desə, nə cəza versə hazıram.

Əgər Qurban müəllim belə məsləhət görübsə, hörmətlə yanaşıram. Mən də bunu başa düşürəm. Sosial şəbəkədə bir şəkil paylaşmışam. Həmin şəkili bəyəndiyim üçün yerləşdirmişdim. Heç vaxt Qurban müəllimə ünvanlamaram. Bəzi insanlar isə yozmağa çalışır, ancaq ehtiyac yoxdu belə şeylərə. Çünki Qurban müəllim futboldan kənarda da mənə böyük qardaşdı. O, hansı cəza verərsə versin,  canla-başla hazıram. Bu məsələni nəyə görə bu qədər şişirdirlər, anlamıram. “Qarabağ”da da olub, yatıb-qaldığım üçün. Ancaq heç vaxt bilərəkdən, istəyərəkdən Qurban müəllimə qarşı səhv etmərəm” (“azerisport.com”)

Son yazılar

Yuxarı