"Neftçi"nin zəif rəqib olması fikriylə razı deyiləm. Bilirik ki, bizi sabah çətin oyun gözləyir".
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Neftçi"ylə qarşılaşacaq "Rubinj"in baş məşqçisi Qurban Berdıyev Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Türkmənistanlı çalışdırıcı bildirib ki, "Neftçi" öz meydanında güclü oynayır. Berdıyev Rusiya Peşəkar Futbol Liqasının "Rubin"ə Avroliqa oyunlarına görə Premyer Liqa oyunlarını bir gün sonra keçirməyə icazə verməklə güzəşt edir.
