big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

Qurban Berdıyev: “Mən qəti şəkildə deyə bilmərəm ki, sabah udacağıq”

24.10.2012 , 12:15

Qurban Berdıyev “Rubin” – “Neftçi” matçıoncəsi mətbuat konfransı keçirib. Mətbuat konfransında komandanın oyunçusu Alan Kasayev də iştirak edib.
 
– Sergey Rıjikovun son durumu necədi, məşqlərdə iştirak edirmi?
– Bugünkü məşqdə iştirak edəcək.

– Ardıcıl məğlubiyyətlərdən sonra komandada psixoloji durum necədi?
– Hər oyuna hazırlıq fərqli olur və biz sabahkı oyuna köklənməliyik.

– “Neftçi” haqda nə bilirsiz?
– “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı. Bu komandanın oyunlarını izləməyə adam göndərmişdik. Güclü komandadı.

– “Neftçi”nin daha çox hansı oyunçusundan çəkinirsiz?
– “Neftçi” kollektiv oyunuyla seçilir. Bununla belə, heyətlərində oyununun taleyini həll edə biləcək oyunçular var.

– Futbolçu kimi Böyükağa Hacıyevlə qarşı oynamısız. Həmin oyunları xatırlayırsızmı?
– Mən bu yaxınlarda Bakıya dəvət almışdım dostlar tərəfindən. Şəhəri tanımadım. Keçmiş futbolçuların çoxuyla münasibətlərimiz var.

– Berti Foqtsdan əvvəl Azərbaycan millisinə dəvət aldığınız haqda məlumatlar var idi.
– Yanlış məlumatlardı.

– Yəqin ki, “Neftçi”də ən çox tanıdığınız oyunçu Bahodir Nasibovdu. Onun yoxluğun rəqibə mənfi təsir edə bilərmi?
– Bahodir yaxşı oyunçudu. Ancaq hesab edirəm ki, “Neftçi”nin hücum xəttində kifayət qədər səviyyəli hücumçular var və Bahodirin yoxluğu hiss edilməyəcək.

– Ruslan Abışov yayda “Rubin”ə dəvət edilmiş və hətta məşqlərdə iştirak etmişdi. Onun keçidi niyə alınmadı?
– Mən oyun haqda danışmaq istərdim. Abışova gəlincə, o, səviyyəli oyunçudu.

– Çox qırmızı vərəqə alır oyunçularınız. Bununla bağlı futbolçularınızla söhbət aparılıbmı?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Buna görə də qırmızı vərəqələr olur. Son oyunda birinci qoldan sonra oyunumuz alınmadı və qırmızı vərəqənin əsasında bu dururdu.

– İki oyunda 4 xal toplamısız və sabahkı oyunda qələbə qazansaz, qrupdan çıxmış sayılacaqsızmı?
– Mən oyundan əvvəl qələbə haqda danışmaq istəməzdim. Bu barədə oyundan sonra danışarıq. Biz çox ağır oyuna hazırlaşırıq.

– MDB ölkələrinin təmsilçilərinin bir-biriylə oyunu həmişə çətin keçib. Bu size narahat etmir.
Q.Berdıyev: – Məncə, bu, problem olmayacaq.
A.Kasayev: – Mən də düşünürəm ki, oyun çətin olacaq. Avrokubok oyunları heç vaxt asan olmur.

– “Neftçi” ÇL-in 1\4 final mərhələsində oynamış APOEL-i udub. “Rubin”sə son oyunlarda qol vura bilmir.
– “Neftçi” ağıllı oyunla layiq olduğu qələbəni qazandı. Bizim qol vura bilməməyimizin səbəbini deyə bilmərəm. Çalışacağıq ki, sabahkı oyunda bu sindromu qıraq. Mən qəti şəkildə deyə bilmərəm ki, biz sabah udacağıq. Biz buna çalışacağıq.

– “Rubin” avrokuboklarda 38-ci oyununa çıxacaq. Hansı oyundan sonra hiss etdiniz ki, artıq məşqçi kimi təcrübə qazanmağa başlayırsız?
– Təcrübə hər oyundan sonra artır. “Rubin”in səviyyəsini çox qaldırmışıq və indi bunu qorumalıyıq.

– Zədəli futbolçuların son durumu necədi?
– Gökhan Töre komandayla məşq edir. Ola bilər ki, sabahkı oyuna digər oyunçular da hazır olacaqlar.

– Sabahkı oyunda xal itkisi “Rubin” üçün faciə olacaqmı?
Alan Kasayev: – Mən indi bu haqda düşünmək belə, istəmirəm.

Saleh Arslan
Kazan

Son yazılar

To Top