Quraban Qurbanovun 350-ci oyunu
29.10.2018 , 17:22

Topaz Premyer Liqanın 9-cu turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub
Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun komandası Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.
Loaded: 0%Progress: 0%
Essentiale_Forte ƏTRAFLI
Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.
