Quqlielmo Vikario “İnter”ə keçə bilər
26.01.2026 , 12:30
“Tottenhem”in qapıçısı Quqlielmo Vikario bu yay “İnter”ə keçməyə hazırdır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Milan klubu ilə razılıq əldə edib və komandaya qoşulmaq istəyir.
Xəbərdə bildirilir ki, hazırda “İnter” və “Tottenhem” arasında transfer şərtləri razılaşdırılmayıb.
Əgər razılıq əldə olunarsa, Vikario mövsümün sonunda müqaviləsi başa çatacaq Yann Sommerin yerini tutacaq.