Quluzadənin komandasından qələbə
07.11.2020 , 18:37

Moldova çempionatında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” doğma meydanda “Floreşti”yə qalib gəlib – 3:0.
Amit bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
“Milsami” 37 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
