Quluzadənin komandası 1/4 finalda
28.10.2020 , 16:24

Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Amit Quluzadənin formasını geyindiyi “Milsami” doğma meydanda “Bardar”la qarşılaşıb.
Quluzadənin komandası bu oyundan 7:1 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib.
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amitin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
