Futbol

Quluzadə “Milsami”nin məğlubiyyətini kənardan izlədi

18.10.2020 , 12:55

Moldova çempionatında 14-cü turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami”  səfərdə “Şerif”lə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Millimizin sabiq üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşmadakı yeganə qolu isə sabiq “Zirə”li Riçard Qadze vurub.

14 turdan sonra 27 xalı olan “Milsami” 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı