Quliyevin komandasından heç-heçə
07.03.2022 , 14:31

Rusiya Premyer Liqasında XX turun oyunları keçirili.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Krılya Sovetov”la heç-heçə edib – 2:2.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Arsenal” 20 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
