Çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstan yığması ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb.
Yığmamızın heyətində Elvin Quliyev het-trik edib, hərəyə bir dəfə isə Hikmət Bağırov, Comərd Baxşəliyev, Asif Zeynalov fərqləniblər.
