Quliyev üçün 90 dəqiqə və 3 xal
13.10.2019 , 14:05

Litva 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Banqa” ilə qarşılaşıb və oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu matçın iştirakçısı olub. Cari mövsümdə 10 qol vuran futbolçumuz start heyətində meydana çıxıb, sonadək mübarizə apardığı qarşılaşmada fərqlənə bilməyib.
