Quliyev oynadı, “Rostov” məğlub oldu
07.10.2018 , 20:01

Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” evdə “Orenburq”a 0-1 hesabı ilə uduzub.
Rusiyanın U-21 millisinin üzvü olan Ayaz oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.
“Rostov” Premyer Liqanın turnir cədvəlində 10 turdan sonra 18 xalla 3-cü pillədə qərarlaşıb.
