Quliyev keçmiş klubuna qayıdır
31.05.2020 , 13:45

“Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, “Rostov” “Spartak”da əvəzedici heyətə göndərilən Ayaz Quliyevlə maraqlanır. Tərəflər arasında tezliklə danışıqlara start veriləcək.
“Rostov” 23 yaşlı yarımmüdafiəçini 2018-ci ildə “Spartak”dan 500 min avroya transfer etmişdi. Moskva təmsilçisi 6 ay sonra 1 milyon avro ödəyərək, Quliyevi geri qaytarmışdı.
