Quliyevə UEFA-dan növbəti təyinat
08.10.2024 , 10:59
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə – Latviya oyununun hakim-inspektoru olacaq.
A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.