“Bavariya”nın gənc ulduzu Mario Götze maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, Almaniya mətbuatına açıqlama verən 21 yaşlı gənc futbolçu “Bavariya”da xoşbəxt olduğunu bildirib:
“İrəlidə oynamaq istəyirəm, amma Quardiola məni harda oynatmaq istəsə, orda da oynayaram. Əsas olan onun fikirləri və komandanın uğurladır. Biz sadəcə Quardiolanın əsgərləriyik“.
Qeyd edək ki, Mario Götze bu mövsüm “Bavariya”nın heyətində 12 oyunda 5 qol vurmağı bacarıb.