“Mançester Siti”nin Çempionlar Liqası üçün sifariş ərizəsi açıqlanıb.
Korner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Xosep Qvardiola 21 nəfərlik siyahıya komandanın ulduz futbolçularından olan Yaya Turenin adını daxil etməyib.
Ümumilikdə, siyahıya aşağıda adları qeyd edilən futbolçuların adları daxil edilib:
Qapıçılar: Klaudio Bravo, Villi Kabalyero
Müdafiəçilər: Bakari Sanya, Vensan Kompani, Pablo Sabaleta, Aleksandr Kolarov, Qael Klişi, Con Stounz, Nikolas Otamendi
Yarımmüdafiəçilər: Fernando, Rahim Sterlinq, İlkay Gündoğan, Xesus Navas, Kevin de Bryuyne, Fabian Delf, Leroy Sane, David Silva, Fernandinyo
Hücumçular: Nolito, Serxio Aquero, Keleçi İxeanaço
