Bugün UEFA Superkubokun qalibi bəlli olub.
Korner.az–ın məlumatına görə, həlledici qarşılaşmada Çempionlar Liqasının qalibi "Bavariya" ilə Avropa Liqasının qalibi "Çelsi" qarşı-qarşıya gəliblər.
Qarşılaşmanın əsas və əlavə vaxtı bərabərliklə başa çatıb – 2:2. Penalti zərbələrində daha dəqiq olan "Bavariya" superkubokun qalibi olub.
30 avqust
UEFA Superkuboku
23:45. "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) – 2:2 (Penaltilər seriysı – 5:4)
Qol: Torres, 9 (0:1), Riberi, 47 (1:1), Hazard, 93 (1:2), Martines, 120 (2:2)
Qırmızı vərəqə: Ramires, 85 ("Çelsi")
"Çelsi": Çex, İvanoviç, Koul, David Luiz, Ramires, Lempard, Kexill, Oskar, Hazard, Torres, Şürrle
Ehtiyat oyunçular: Şvarzer, Terri, Esyen, Aspilikueta, Mikel, Mata, Lukaku
"Bavariya": Noyer, Dante, Rafinya, Boatenq, Lam, Riberi, Robben, Müller, Alaba, Kroos, Mandzukiç
Ehtiyat oyunçular: Ştarke, Buyten, Kontento, Martinez, Şaqiri, Qötze, Pizarro
