Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda bu gün son oyununu keçirəcək.
Korner.az-ın məlumatına göə, yığmamız Ukrayna komandası ilə qarşılaşacaq. Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 14:15-də başlayacaq.
Xatırladaq ki, ilk oyunda Litva komandasını 3:2 hesabı ilə məğlub edən yığmamız, ikinci qarşılaşmada çexiyalı həmyaşıdları ilə heç-heçə edib – 1:1.
