“Qalatasaray”ın hücumçusu Umut Bulut GSTV-yə açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, o bunları deyib:
“Çempionlar Liqasına yaxşı başlamadıq. İnşallah, “Astana” ilə matçda ilk qələbəmizi qazanacağıq. Əlbəttə, matç çətin keçəcək. “Astana” ciddi rəqibdir. Qrupdakı şansımız yüksəkdir. İnanıram ki, qrupdan çıxmağı bacaracağıq”.
