“Qrupda favorit bizik” – Kosovonun futbolçusu meydan oxudu
15.11.2018 , 14:08

“Malta və Azərbaycanla çətin oyunlar keçirəcəyik. İndi asan oyunlar olmur. Maltaya 3 xal üçün gedirik”.
Bu sözləri Millətlər Liqasında millimizin rəqibi olan Kosovonun futbolçusu Herolin Şalya deyib. Norveçin “Start” klubunda çıxış edən yarımmüdafiəçi qrupda favorit olduqlarını deyib: “Maltanı məğlub etməi və Azərbaycanın Farer adaları ilə oyunda nə etdiyinə baxmalıyıq. Əlbəttə, ilk növbədə öz oyunumuz maraqlıdır. 3 xal qazanıb, irəli baxmalıyıq. Qrupda favorit bizik. Maltanın şansları az olsa da, nüfuzları üçün oynayacaq. Bu da bizə problem yarada bilər”.
Qeyd edək ki, Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra millimizi qəbul edəcək.
